ABŞ Sakit Okeanda daha bir qayığı hədəfə aldı.
Stopnarkotik.az xəbər verir ki, hücum nəticəsində bir nəfər həlak olub.
ABŞ Cənub Komandanlığının “SOUTHCOM” veb saytında verilən açıqlamada Şərqi Sakit Okeanda narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu düşünülən bir qayığa qarşı əməliyyat keçirildiyi bildirilib.
Bəyanatda ABŞ Müdafiə Naziri Pit Heqsetin əmri ilə beynəlxalq sularda vurulan qayığın "terror təşkilatları" kimi təsvir edilən qruplar üçün fəaliyyət göstərdiyi iddia edilib.
Açıqlamada gəmidə olan bir nəfərin öldüyü və əməliyyat zamanı heç bir ABŞ hərbi qulluqçusunun zərər görmədiyi bildirilib. Əməliyyatın yayımlanan görüntülərində qayığın vurulduqdan sonra alov içində qaldığı görünür.
NURAY