ABŞ Sakit Okeanda narkotik daşıyan gəmiyə hücum edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı özünün X sosial media hesabında məlumat paylaşıb.
"Birgə Əməliyyat Qrupu Southern Spear beynəlxalq sularda terror təşkilatlarına məxsus gəmiyə ölümcül kinetik zərbə endirib. Kəşfiyyat gəminin Şərqi Sakit Okeanda məlum narkotik qaçaqmalçılığı marşrutlarında hərəkət etdiyini və narkotik qaçaqmalçılığı əməliyyatlarında iştirak etdiyini təsdiqləyib", - məlumatda qeyd olunub.
Qeyd olunur ki, hücum ABŞ hərbi naziri Pit Heqsetin əmri ilə həyata keçirilib.