Lənkəranda sərxoş qadın TIR sürücüsünü qarət edib.
Hadisə Ələt-Astara yolunun 164-cü kilometrliyində, Lənkəran rayonu Girdəni kəndində qeydə alınıb.
İttiham aktına görə, 52 yaşlı Arifə Məcidova (ad və soyad şərtidir) sərxoş halda yol kənarında dayanıb evinə getmək üçün avtobus gözləyirmiş. Bu zaman ölkələrarası yükdaşıma ilə məşğul olan İran vətəndaşı idarə etdiyi TIR-ı onun yaxınlığında saxlayıb. O, sürücünün icazəsi ilə avtomobilə əyləşib. Yolda Arifə sürücünün pul kisəsini saxladığı yeri görüb. Sürücü avtomobildən düşüb aşağıda iş görərkən Arifə içərisində 900 dollar (təxminən 1530 mana) pul kisəsini götürüb. Zərərçəkən bunu biləndə isə Arifə inkar edərək, maşından düşüb və pulu çəmənlikdə çınqılın arasına ataraq, ərazidən gedib. Sonra taksi ilə həmin yerə pulu götürməyə qayıdıb. Lakin bu zaman həmin TIR və sürücüsü də orada olub. Zərərçəkən hadisə ilə bağlı polisə şikayət edib.
Nəticədə Arifə Məcidova saxlanılıb və barəsində cinayət işi açılıb.
Lənkəran rayon Məhkəməsinin qərarı ilə Arifə Məcidova barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib./lent.az