Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Kollegiya məlumat yayıb.
Bildirilib ki, yol verdikləri intizam pozuntularına görə 1 vəkil qurumdan xaric edilib, 1 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etməsi tapşırılıb, 3 vəkilə xəbərdarlıq tətbiq edilib, 1 vəkil isə cərimələnib.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul olunub.