İsrail səfirliyi evakuasiya barədə xəbərləri təkzib etdi

"İsrailin Bakıdakı səfirliyi adi rejimdə fəaliyyət göstərir".

Stopnarkotik.az xəbər verir ki, bu barədə Turan agentliyinin İsrailin Bakı və Əbu-Dabidəki səfirliklərinin evakuasiyası ilə bağlı bir sıra KİV-in xəbərlərini şərh etmək xahişinə cavab olaraq bildiriblər.

Bu barədə məlumat "Sputnik-Armeniya" saytında yayılıb. Sayt İran İslam İnqilabı Keşikçiləri Korpusuna, əsasən Sepah Pasdarana yaxın teleqram-kanallara istinadən bildirib.

Bu kanalın məlumatında "İsrailin Azərbaycandakı obyektlərinə" zərbə endirməyə çağırış var.