Latviya polisi bu ilin ən böyük narkotik alveri ilə məşğul olan dəstəsinin həbsinin təfərrüatlarını açıqlayıb.
Stopnarkotik.az xəbər verir ki, tutulanların hamısı Latviya vətəndaşı olmaqla ümumilikdə 9 nəfər saxlanılıb.
Dəstənin təşkilatçısı 1988-ci il təvəllüdlü şəxs respublikaya narkotik vasitələrin gətirilməsinə, onların yayılmasına və pulların idarə olunmasına cavabdeh olub. Qalan dəstə üzvləri narkotik vasitələrin satışı, saxlanması və narkotik anbarlarının yaradılması ilə məşğul olublar.
Polis dəstənin Riqa, paytaxt ətrafı və Jelgavadakı mənzillərinə və yardımçı tikililərinə baxış keçirib. Axtarışlar zamanı 3,1 kiloqram kokain, 500 qram alfa-PVP və 5,5 kiloqram marixuana aşkar edilərək götürülüb. Onların qara bazarda ümumi dəyəri 500.000 avroya çata bilər.
Hüquq-mühafizə orqanları həmçinin silahlar, 30 min avro və lüks avtomobillər də daxil olmaqla 13 avtomobil ələ keçirib.
Axtarışlardan fotolardan məlum olur ki, dəstə üzvləri narkotik satmaqla yanaşı, nasizmi də dəstəkləyirlər. Bunlardan birinin brelokunun üzərindəki svastika bunu sübut edir.
Həbs olunanları beş ildən on beş ilədək həbs cəzası gözləyir.
Stopnarkotik.az





