Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
7. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
8. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
9. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
12. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.