AZAL-ın qəzaya uğrayan təyyarəsinin sağ qalan stüardessaları təltif olunub - QROZNIDA TƏDBİR

Bakı-Qroznı reysində sağ qalan stüardessalar sərnişinləri xilas etdiklərinə görə mükafatlandırılıblar.

2024-cü ilin dekabr ayında Aktau yaxınlığında qəzaya uğrayan Bakı-Qroznı reysində sağ qalan stüardessalar Çeçenistanın dövlət mükafatlarına layiq görülüblər.

Zülfüqar Əsədov və Aydan Rəhimli 29 sərnişini xilas etməkdə göstərdikləri cəsarət və peşəkarlığa görə "Çeçenistan Respublikasına xidmətlərə görə" medalı ilə təltif ediliblər.

Mükafatlar Qroznıda təyyarə qəzası qurbanlarına həsr olunmuş xatirə lövhəsinin açılış mərasimində AZAL prezidenti Samir Rzayevə təqdim edilib.

Mükafatların verilməsi qərarı əvvəllər Ramzan Kadırov tərəfindən elan edilmişdi. 

Stopnarkotik.az