Elektron siqaretlərdə narkotik tapıldı - İSTİFADƏÇİLƏR ZƏHƏRLƏNDİ

Yeni Zelandiyada qanunsuz veyp mayelərinin istifadəsindən əmələ gələn bir sıra kəskin zəhərlənmələr qeydə alınıb. Erkən xəbərdarlıq sistemi olan “High Alert” bildirib ki, müsadirə edilmiş veyplərin tərkibində ümumi anesteziya üçün istifadə edilən etomidat tapılıb.

Stopnarkotik.az xəbər verir ki, maddə qara bazarda "K-pod", "Kosmik yağ" və "Eto" adları altında yayılıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu preparatı klinik şəraitdən kənarda istifadə etmək koordinasiya itkisi və qıcolmalardan tutmuş tənəffüs depressiyasına və tamamilə huşunu itirməyə qədər ciddi risklər yaradır. Artıq bir neçə qurban ağır intoksikasiya simptomları ilə xəstəxanalara aparılıb.

Yeni Zelandiya Narkotiklərlə Mübarizə Fondunun direktoru Sara Helm açıqlayıb ki, əsas təhlükə preparatın təsirinin tez bitməsidir və bu da istifadəçiləri təkrar istifadəyə, aşırı dozada qəbul etməyə itir. 

Stopnarkotik.az