Gəncədə iki qazi bıçaqlandı

Gəncədə iki qazi xəsarət alıb.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, Vətən müharibəsi iştirakçısı, "Vətən uğrunda", Cəbrayılın, Qubadlının və Laçının azad olunmasına görə medallarla təltif olunmuş Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Xaliq Azər oğlu Qurbanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 

Bundan başqa, Vətən müharibəsi iştirakçısı, Vətən uğrunda görə medallarla təltif olunmuş Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlkü Sərxan Bəxtiyar oğlu Quliyev kəsilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib. 

Hər iki faktla bağlı araşdırma aparılır.