Türkiyə futbolunda aparılan qanunsuz mərc istintaqı çərçivəsində Azərbaycan yığmasının sabiq üzvü, “Erciyes 38” klubunun futbolçusu İsmail Karakaş barəsində saxlanılma qərarı verilib.
İstanbul Cümhuriyyət Baş Prokurorluğunun məlumatına görə, futbolçunun da daxil olduğu bir qrup oyunçunun matçların nəticəsinə təsir göstərmək məqsədilə mərc oyunlarında iştirak etdikləri iddia olunur.
Xüsusilə öz komandalarının oyunlarında rəqibin qələbəsinə mərc qoyulduğu ehtimal edilir.
Qeyd edək ki, İsmayıl Karakaş Azərbaycanın U-17 və U-19 yığmalarında oynayıb./musavat.com