Dekabrın 24-də Sabunçu rayonu ərazisində naməlum şəxs müştəri kimi marketlərin birinə daxil olaraq orada satıcıya qarşı soyğunçuluq edib.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 57 yaşlı H.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, metrostansiyaların birində yerləşən geyim mağazasından bir nəfərə məxsus 124 manatı oğurlamaqda şübhəli bilinən S.Cəfərli də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.