Fənərbaxçə klubunun prezidenti narkotik ittihamı ilə SAXLANILDI

Fənərbaxça Futbol Klubunun prezidenti Sadettin Saran İstanbulda aparılan narkotik işi çərçivəsində saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğundan verilən açıqlamada deyilir ki, şübhəli Sadettin Saran barəsində aparılan istintaq çərçivəsində əldə olunan əlavə sübutlara əsaslanaraq, ona qarşı narkotik maddələrin təmin edilməsi, narkotik istifadəsini asanlaşdırmaq və narkotik istifadə etmək maddələri üzrə İstanbul Vilayət Jandarma Komandanlığı tərəfindən saxlanma tədbiri görülüb.

Baş Prokurorluq bildirir ki, Sadettin Saran hazırda davam edən istintaq çərçivəsində hüquq-mühafizə orqanlarının nəzarətindədir.