Moskva Tiflisi Avrasiya İttifaqına - SSRİ-2-yə "sürükləmək" istəyir

Moskva Gürcüstana Avrasiya İttifaqında əməkdaşlıq təklif edir.

Stopnarkotik.az saytı xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Aleksey Çepa açıqlama verib. Rus deputat bildirib ki, siyasi fikir ayrılıqlarına baxmayaraq, Rusiya və Gürcüstan iqtisadi əməkdaşlığı, o cümlədən Avrasiya İqtisadi İttifaqı çərçivəsində inkişaf etdirə bilərlər. O bildirib ki, hər şey Tiflisin inteqrasiyaya hazırlığından asılıdır: bu halda Moskva yaxın qonşu kimi əlverişli şərtlər təklif edə bilər.

Daha əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze iki ölkənin diplomatik münasibətlərinin olmadığını, lakin ticarət-iqtisadi əlaqələri və praqmatik dialoqu davam etdirdiyini qeyd etmişdi. Rusiya Xarici İşlər Nazirliyi öz növbəsində tam hüquqlu siyasi dialoq üçün şəraitin olmadığını bildirərək, qarşılıqlı addımlarla tədricən normallaşmaya hazır olduğunu vurğulamışdı.

Stopnarkotik.az