Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda çevik iş qrafikinə keçmək və bazar gününü bir sıra müəssisələr üçün iş günü etmək təklifini irəli sürüb.
Stopnarkotik.az xəbər verir ki, deputat Avropa və digər ölkələrin artıq bu yanaşmanı qəbul etdiyini bildirib.
"Bazar gününü iş günü edə biləcək şirkətlər var. İnsanların əksəriyyəti işdən iki saat əvvəl evdən çıxır və iki saatını işə getməyə sərf edir. Əgər kimsə tıxaclar səbəbindən iki saatın itirildiyini sübut edə bilirsə, onlar işdən daha tez azad edilməlidirlər. Vətəndaşların, xüsusən də dövlət qurumlarında çalışanların vəziyyətinin yaxşılaşdırılması barədə düşünməliyik", deyə deputat bildirib.
Stopnarkotik.az