Suriyada məsciddə partlayış: ÖLƏN VƏ YARALANANLAR VAR

Suriyanın Homs şəhərində yerləşən İmam Əli məscidində terror aktı törədilib.

Stopnarkotik.az ​​​​​​ bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, cümə namazı zamanı törədilən partlayışda nəticəsində azı 3 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir.

Hadisənin təfərrüatları barədə məlumat verilmir. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.