NATO təyyarələri rus qırıcılarının qarşısını kəsdi

NATO-nun döyüş təyyarələri Rusiyanın Tu-95MS strateji bombardmançı təyyarələrinin Barents və Norveç dənizlərinin neytral suları üzərindən uçuşuna cavab olaraq havaya qaldırılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Britaniyanın "Mirror" nəşri məlumat yayıb.

Nəşr vurğulayıb ki, alyans təyyarəni müşahidə üçün havaya qaldırıb. NATO uçuşu Rusiyanın Qərbə təzyiq göstərmək qabiliyyətinin nümayişi kimi qəbul edib. 25 dekabr səhəri Rusiya Müdafiə Nazirliyi Barents və Norveç dənizlərinin neytral suları üzərində iki Tu-95MS raket daşıyan təyyarənin planlaşdırılan uçuşu barədə məlumat verib. Uçuş yeddi saat davam edib. Rusiya Hərbi Dəniz Qüvvələrinin Su-33 qırıcı təyyarələri qırıcıların müşayiətini təmin edib. 

Stopnarkotik.az